ELM VƏ TƏHSİL


Doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında müəssisənin doktorant və dissertantlarının elmi fəaliyyəti müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə doktorant və dissertantlar apardıqları tədqiqatlar, eləcə də elmi rəhbərlər tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat veriblər. Bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar elmi rəhbərlərlə onlayn formada mütəmadi dissertasiya işlərinə dair müzakirələr aparılır.

İnstitutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnformasiya Texnologiyaları İnstitutuna doktorluq şurasının verildiyini diqqətə çatdırıb. Bildirib ki, artıq institutun nəzdində bir neçə ixtisas üzrə elmlər doktorlarının müdafiəsi keçirilə bilər.

Akademik hər bir tədqiqatçının elmi fəaliyyəti və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması, onların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tövsiyələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.