ELM VƏ TƏHSİL


Doktorantura, dissertantura və magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Bakı, 22 yanvar, AZƏRTAC

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı yanvarın 26-da keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər isə fevralın 23-də imtahan verəcəklər.

Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı (birinci) mayın 3-də və (ikinci) mayın 31-də olacaq. Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı iyulun 19-da aparılacaq.

Qeyd edək ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.