ELM VƏ TƏHSİL


Doktorantura səviyyəsi üzrə məzunların müsabiqə yolu ilə işə qəbuluna dair normativ hüquqi aktlar hazırlanacaq

Bakı, 17 yanvar, AZƏRTAC

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə məzunların müsabiqə yolu ilə işə qəbulunun tənzimlənməsi üçün normativ hüquqi aktlar hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq Dövlət Proqramında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Dövlət İmtahan Mərkəzi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.