ELM VƏ TƏHSİL


Doktorantura və dissertantura səviyyəsində xarici dildən yenidən imtahan vermək üçün qeydiyyatdan keçənlərin nəzərinə

Bakı, 1 iyul, AZƏRTAC

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və iyunun 13-16 tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də imtahan keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər. Məlumat üçün qeyd edək ki, imtahan saat 10:00-da başlanacaq.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Qeyd: Hazırda danışıq bloku üzrə imtahan nəticələrinin yoxlanılması davam edir və bütün bloklar üzrə nəticələr iyulun 7-də keçiriləcək ikinci imtahandan sonra bir yerdə elan olunacaq. İkinci imtahanda iştirak üçün ərizə ilə müraciət edən namizədlər danışıq bloku üzrə imtahandan topladıqları baldan asılı olmayaraq 7 iyulda keçiriləcək imtahana buraxılırlar. Lakin bal məhdudiyyəti yenə də qüvvədədir. Yəni nəticələr elan olunduqdan sonra ümumi və bloklar üzrə (o cümlədən danışıq bloku) bal məhdudiyyətini ödəməyən namizədlər növbəti mərhələyə buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.