ELM VƏ TƏHSİL


Doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə sınaq imtahanında esseyə verilən qiymətlər açıqlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirilən xarici dil üzrə elektron sınaq imtahanında yazı bloku üzrə esseyə verilən qiymətlər elan edilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazı bloku üzrə esseyə verilən qiymətlər Mərkəzin saytında cədvəldə yerləşdirilib.

Esse yazısı maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.

Xatırladaq ki, digər bloklar (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku) üzrə imtahanların nəticələri iştirakçılara yanvarın 18-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub.

Xarici dillər üzrə qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblərlə DİM-in saytında tanış olmaq mümkündür.

Xatırladaq ki, doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə elektron sınaq imtahanı yanvarın 18-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.