ELM VƏ TƏHSİL


Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanında esseyə verilən qiymətlər açıqlanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün noyabrın 20-də keçirilmiş xarici dil üzrə elektron sınaq imtahanında yazı bloku üzrə esseyə verilən qiymətlər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda 174 nəfər iştirak edib. Sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilib və 2 saat 30 dəqiqə davam edib (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılıb).

Sınaq imtahanının iştirakçıları esseyə verilən qiymətlərlə DİM-in saytında yerləşdirilmiş cədvəldə tanış ola bilərlər.

Qeyd edək ki, esse yazısı maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.

Xatırladaq ki, digər bloklar (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə) üzrə imtahan nəticələri iştirakçılara noyabrın 20-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub.

Yaxın günlərdə DİM-in internet saytında sınaq imtahanında namizədlərin göstərdikləri nəticələr haqqında statistik göstəricilər əsasında təhlil təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.