ELM VƏ TƏHSİL
Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları təşkil edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına yalnız tibbi maskada daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
Sınaq imtahanları 2020-ci il noyabrın 20-də saat 10.00 və 15.00-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada keçirilib. İmtahanda 174 nəfər iştirak edib.
İştirakçılara imtahanın nəticələrinə (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə) dair arayış təqdim olunub. Yazı bloku üzrə esseyə verilən qiymətlər yoxlama prosesi başa çatdıqdan sonra - yaxın günlərdə elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]