ELM VƏ TƏHSİL


Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı üçün 710 nəfər qeydiyyatdan keçib

Bakı, 24 may, AZƏRTAC

Bugünkü saata əsasən doktorantura və dissertanturaya xarici dil üzrə 710 nəfər qeydiyyatdan keçib. Fəlsəfə doktoru üzrə iddiaçıların sayı 225-dir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar 4 nəfər qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələrində təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

Xatırladaq ki, doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.