ELM VƏ TƏHSİL


Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat davam edir

Bakı, 21 oktyabr, AZƏRTAC 

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 9-da elan olunmuş qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 30-dək aparılacaq. Bu müddət ərzində sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Bu gün saat 14:05-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 782 nəfər (Azərbaycan bölməsi - 707, rus bölməsi –75) ərizəsini təsdiqlədib. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra onun pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Xatırladaq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin imtahanın məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib. İmtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.