ELM VƏ TƏHSİL


Doktorantura və dissertanturaya xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarını vermək istəyənlərin nəzərinə

Bakı, 16 iyun, AZƏRTAC

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanını yenidən vermək istəyənlər üçün qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini bu gün saat 23:59-dək [email protected]dim.gov.az poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb göndərə bilərlər.

İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.