ELM VƏ TƏHSİL


Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanının strukturu və tapşırıq nümunələri təqdim edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Doktoranturaya və dissertanturaya dekabr ayında keçiriləcək xarici dillər üzrə fəlsəfə doktoru imtahanları dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olacaq.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu və tapşırıq nümunələri haqqında Mərkəzin saytında yerləşdirilmiş linkə keçid etməklə əlavə məlumat almaq olar.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.