MƏDƏNİYYƏT


“DokuBaku” festivalında 36 film nümayiş olunacaq

Bakı, 1 dekabr, AZƏRTAC

“DokuBaku” dünyanın sənədli film yaradıcılarını Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır.

AZƏRTAC xəbər verir ki, bu il 4-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında onlayn formatda gerçəkləşəcək.

Noyabrın 30-da başlayan festivala dekabrın 6-da yekun vurulacaq. Bir həftə ərzində dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq. Hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı filmləri ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirib ki, Azərbaycanca və ingiliscə altyazı ilə nümayiş sənədli filmləri izləyiciyə daha əlçatan edir.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Onların içərisindən seçilən xarici tammetrajlı, qısametrajlı, eləcə də yerli filmlər auditoriyaya təqdim olunacaq. Sonda beynəlxalq və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ümumilikdə 4 kateqoriyada qalibi seçəcək: ən yaxşı tammetrajlı sənədli film; ən yaxşı beynəlxalq qısa və yerli sənədli filmlər; “X kateqoriyası”.

Festival filmləri barədə ətraflı məlumatı aşağıdakı linkdə əldə etmək olar: https://az.dokubaku.az/program.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.