DÜNYA


Dominik Rab: Böyük Britaniya kompromisə getməyə hazırdır

London, 2 oktyabr, AZƏRTAC

Britaniyanın Brexit naziri Dominik Rab bazar ertəsi Brexit danışıqlarının irəliləməsi və İrlandiya ilə sərhəd problemi barədə çıxış edib.

O bildirib ki, Britaniyanın əyaləti olan Şimali İrlandiya ilə Avropa İttifaqı üzvü olan İrlandiya arasındakı sərt sərhədin qarşısını almaq üçün vaxt məhduddur.

D.Rab söyləyib ki, artıq hökumət Şimali İrlandiya ilə arasında olan gömrük yoxlamalarına geri dönmək üçün hesabat hazırlayıb. Belə ki, Şimali İrlandiya və Birləşmiş Krallıq arasında kənd təsərrüfatı və qida məhsulları üçün fərqli qaydalar tətbiq olunacaq.

O, Avropa İttifaqı ilə yaşanan fikri ayrılığına da toxunub və qeyd edib ki, hökumət kompromisə getməyə hazırdır. Aİ-nin baş müzakirəçisi Mişel Barniyerin “texnologiyanın sərhəd məsələsinin həllinə kömək edə biləcəyi” təklifini də alqışladığını bildirib.

Qeyd edək ki, ötən ay Salzburqda keçirilən iclasda İngiltərənin Avropa İttifaqına təqdim etdiyi çıxış şərtləri qəbul olunmamışdı və bu da ölkədə ikinci bir seçki keçirilməsi fikrini ön plana çıxarmışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.