DÜNYA


Donald Tramp 11 sentyabr terror aktları ilə əlaqədar bayraqları endirməyə çağırıb

Bakı, 11 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində həlak olanların xatirəsinə bayraqları endirməyə çağırıb.

AZƏRTAC bu barədə Ağ evin saytına istinadla xəbər verir.

“Mən, ABŞ Prezidenti Donald Tramp, 2019-cu il sentyabrın 11-ni Vətənpərvərlər Günü elan edirəm. ABŞ-ın bütün departamentlərini, agentliklərini və dövlət qurumlarını Vətənpərvərlər Günündə 2001-ci il sentyabrın 11-də həlak olan insanların xatirəsinə bayraqları endirməyə çağırıram”, - Ağ evin saytında yerləşdirilən bəyanatda belə deyilir.

Bu gün işgüzar Nyu-Yorkun simvolu sayılan Dünya Ticarət Mərkəzinə terror hücumunun 18-ci ildönümüdür. 2001-ci il sentyabrın 11-də qaçırılan sərnişin təyyarələri vasitəsilə “Əkiz qüllələrə” və Pentaqona edilən hücumlar nəticəsində 2974 nəfər həlak olmuş, 24 nəfər itkin düşmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.