DÜNYA


Donald Tramp: ABŞ İranda rejimi dəyişməyə can atmır

Bakı, 27 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranda rejimi dəyişməyə can atmır.

AZƏRTAC Ağ evin saytına istinadla xəbər verir ki, Donald Tramp bunu Tokioda Yaponiyanın Baş Naziri Şinzo Abe ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra Tehran “ciddi iqtisadi problemlər” səbəbindən regionda öz davranışını dəyişib. Tramp əlavə edib ki, onun fikrincə, ABŞ və İran “sazişə nail ola biləcəklər”. “İranın çox böyük iqtisadi potensialı var. Mən iranlı olan çoxlu insanlar tanıyıram, onlar əla insanlardır, onların hazırkı rəhbərliklə böyük ölkə olmaq şansları var”, - Tramp belə deyib.

Mətbuat konfransı Ağ evin saytında yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.