DÜNYA


Donald Tramp: ABŞ və Çin ticarət sazişi imzalamağa çox yaxındırlar

Bakı, 12 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və Çinin ticarət sazişi imzalamağa çox yaxın olduqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə özünün Twitter səhifəsində məlumat verib. “Çin ilə böyük müqavilə imzalamağa çox yaxınlaşmışıq. Onlar bunu istəyir, biz də həmçinin”, - ABŞ Prezidenti belə yazıb.

Donald Trampın bu gün öz müşavirləri ilə Çinlə ticarət sazişi mövzusunda məsləhətləşmələr aparacağı bildirilir.

ABŞ və Çin bir ildən çoxdur ki, “ticarət müharibəsi” vəziyyətindədir. Hər iki ölkə rüsumları dəfələrlə qarşılıqlı olaraq artırıb, yaxud yeni rüsumlar tətbiq edib. Dünyanın böyük iqtisadiyyatına malik dövlətləri arasında bu ticarət mübahisələri ümumi iqtisadi artıma mənfi təsir göstərir.

Bir qədər əvvəl ABŞ dekabrın 15-də Çin mallarına növbəti idxal rüsumlar tətbiq olunacağının anonsunu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.