DÜNYA


Donald Tramp ABŞ və Çinin bərabər şərtlərlə ticarət sövdələşməsini şərh edib

Bakı, 22 noyabr, AZƏRTAC

ABŞ və Çin arasında ticarət sövdələşməsi bərabər şərtlər əsasında bağlana bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.

“Mən Çin lideri Si Cinpinə sövdələşmənin bərabər şərtlər əsasında baş tutmayacağını bildirdim”, - deyə Donald Tramp qeyd edib.

Onun sözlərinə görə, bu, Çin və ABŞ arasında ikitərəfli ticarətdə balansın uzun müddət bərabər olmaması (ildə 500 milyard dollar Pekinin xeyrinə) səbəbindən mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.