DÜNYA


Donald Tramp: Çin məhsullarına əlavə tariflər tətbiq olunmayacaq

Pekin, 29 iyun, AZƏRTAC

ABŞ Çindən idxal olunan məhsullara əlavə gömrük tarifləri tətbiq etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilər” (G20) qrupunun zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən ikitərəfli görüşdə deyib.

Çin KİV-ləri görüşdə tərəflərin ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəldiklərini yazır.

Xatırladaq ki, mayın ortalarında keçirilən ABŞ-Çin ticarət danışıqlarının sonuncu raundu Birləşmiş Ştatların Çin məhsullarına rüsumları növbəti dəfə artırmaq barədə qərarı fonunda nəticəsiz yekunlaşmışdı. ABŞ Çindən idxal olunacaq 200 milyard dollarlıq məhsullara rüsumları 10 faizdən 25 faizə qədər artırmışdı. Donald Tramp, həmçinin Çindən gətirilən digər məhsulların rüsumlarının artırılması prosesinə başlamaq barədə də göstəriş vermişdi. Çin Maliyyə Nazirliyi isə bunun cavabında iyunun 1-dən ABŞ-dan idxal olunacaq 60 milyard dollarlıq məhsullara artırılmış rüsumlar tətbiq etməyə başlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.