DÜNYA
Donald Tramp Çinlə danışıqların çox yaxşı keçdiyini bildirib
Bakı, 11 oktyabr, AZƏRTAC
Vaşinqtonda start götürən ABŞ-Çin danışıqlarının ilk günü çox yaxşı keçib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evin cənub çəmənliyində jurnalistlərin suallarına cavab verərkən deyib.
“Biz danışıqları indicə başa vurduq. Danışıqlar çox yaxşı keçdi. Daha bir gün danışıqlar aparacağıq. Mən Çinin vitse-prezidenti Lü He ilə Ağ evdə görüşəcəyəm və hər şeyin yaxşı keçəcəyini düşünürəm. Biz Çinlə çox yaxşı danışıqlar aparırıq”, - deyə ABŞ Prezidenti bildirib.
Oktyabrın 10-da Vaşinqtonda ABŞ və Çin arasında ticarət danışıqlarının yeni raundu başlayıb. Ölkələr ticarət sahəsində fikir ayrılıqlarını aradan qaldırmaq üçün artıq bir neçə aydır ki, gərgin danışıqlar aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]