DÜNYA


Donald Tramp: Çinlə ticarət danışıqları çox yaxşı gedir

Bakı, 8 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp hazırda Çinlə aparılan ticarət danışıqları barədə nikbin fikirdə olduğunu ifadə edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp Twitter səhifəsində Çinlə ticarət danışıqlarının “çox yaxşı” getdiyini yazıb.

Amerika nümayəndə heyəti bu gün Pekində Çin tərəfinin təmsilçiləri ilə danışıqları davam etdirib. Bu səfər iki dövlətin liderlərinin dekabrın 1-də “ticarət sülhü” elan etməsindən sonra keçirilən ilk birbaşa görüşdür.

ABŞ-ın ticarət naziri Uilbur Ross dünən CNBC telekanalına müsahibəsində danışıqlardan müsbət nəticə gözlədiyini bildirib. Onun fikrincə, təxirəsalınmaz qərarlar tələb edən ticarət məsələlərinin həlli üçün çox yaxşı şanslar var, lakin struktur problemləri üzrə razılığa gəlmək mürəkkəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.