MƏDƏNİYYƏT


Donald Tramp Hollivudu tənqid edib

Bakı, 10 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Hollivudu tənqid edib. AZƏRTAC xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, prokata çıxan filmlər xaos yaratmaq üçün çəkilir. Onların yaradıcıları zorakılığı təbliğ edən filmlər çəkir, sonra başqalarını günahlandırmağa çalışırlar.

Tramp deyib: “Liberal Hollivud son dərəcə irqçidir, nifrət və kin doludur”. Prezident əlavə edib ki, Hollivudda insanlar özlərini elita sayırlar, lakin əslində belə deyildir. Əsl elita Hollivuda qarşıdır.

Xatırladaq ki, ötən il Qərbi Hollivud şəhərinin administrasiyası qonşu rayonda yerləşən “Şöhrət xiyabanı”ndan ABŞ Prezidenti Donald Trampın ulduzunu götürmək barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.