DÜNYA


Donald Tramp: İŞİD-in zəbt etdiyi ərazilər gələn həftə azad oluna bilər

Bakı, 7 fevral, AZƏRTAC

İŞİD terror qruplaşmasının Suriyada və İraqda zəbt etdiyi ərazilər gələn həftə 100 faiz azad oluna bilər. Çox güman ki, biz bu barədə gələn həftə bəyan edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.

ABŞ hərbçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD antiterror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxa bilər.

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. “Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil”, - deyə D.Tramp əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-ə yaxın dövlət daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.