DÜNYA


Donald Tramp: İtaliyanın miqrantlarla bağlı mövqeyini dəstəkləyirik

Roma, 30 oktyabr, AZƏRTAC

İtaliyanın miqrantlarla bağlı mövqeyi ilə razıyam.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazıb.

“Baş nazir Cüzeppe Konte ilə bir çox məsələləri, o cümlədən İtaliyanın qeyri-leqal miqrasiya məsələsi ilə bağlı hazırkı sərt mövqeyini müzakirə etdim. Onların mövqeyi ilə tam razıyam və ABŞ da qeyri-leqal miqrasiya ilə mübarizədə sərt tədbirləri qəbul edir. İtaliyanın baş naziri iqtisadiyyat sahəsində də cidd-cəhdlə çalışır və uğur əldə edəcəyini düşünürəm”, - D.Tramp qeyd edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.