DÜNYA


Donald Tramp: KXDR lideri ilə demilitarizasiya zonasında görüşməyə hazıram

Bakı, 29 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasında (DMZ) Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Prezident Donald Tramp iyunun 29-da özünün “Twitter” səhifəsində yazıb.

Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilər” (G20) qrupunun sammitində iştirakını başa vurduqdan sonra iyunun 29-da Cənubi Koreyaya səfər edəcək Donald Tramp “Əgər Sədr Kim istəyərsə, DMZ-də onunla görüşüb əlini sıxmaq və “Salam” demək istəyərdim”, - deyə yazıb. ABŞ Prezidenti KXDR lideri ilə belə qısa görüşün yaxşı ola biləcəyini də qeyd edib.

Xatırladaq ki, cari ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən nəticəsiz görüşündən ötən bir neçə ayda Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı ümidsizlik yaranmışdı. Ötən gün ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen nüvə proqramının ləğvi ilə razılaşmanın əldə olunması istiqamətində ölkəsinin KXDR ilə konstruktiv danışıqlara hazır olduğunu bəyan etmişdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Donald Tramp və Kim Çen In arasında yaxın günlərdə baş tutmuş məktub mübadiləsinin ABŞ-KXDR danışıqlarının bərpası ilə bağlı ümidləri artırdığını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.