DÜNYA


Donald Tramp Kim Çen Inın üçüncü sammit barədə fikrinə müsbət yanaşıb

Bakı, 13 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inın iki dövlət başçısı arasında üçüncü sammitinin keçirməsinə hazır olması barədə fikirlərinə müsbət reaksiya verib.

AZƏRTAC bu barədə Donald Trampın “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Şimali Koreya lideri Kim Çen Inın şəxsi münasibətlərimizin əla olması və üçüncü sammitin mövqelərimizin tam müəyyənləşməsinə səbəb olacağı fikri ilə razıyam. Kim Çen Inın rəhbərliyi ilə Şimali Koreyanın inanılmaz yüksəliş, iqtisadi uğur və rifah üçün böyük potensialı var. Tezliklə baş tuta biləcək nailiyyətləri səbirsizliklə gözləyirəm. Həmin vaxt nə nüvə silahı, nə də sanksiyalar olmayacaq və biz Şimali Koreyanın dünyanın ən uğurlu ölkələrindən birinə çevrilməsini müşahidə edəcəyik”, – deyə ABŞ prezidenti bildirib.

Bir qədər əvvəl KXDR lideri Kim Çen In Hanoyda baş tutan yüksək səviyyəli görüşün uğursuz nəticələnməsinə baxmayaraq, üçüncü sammitin keçirilməsinə hazır olduğunu deyib, ABŞ Prezidenti Donald Trampla şəxsi münasibətlərinin yaxşı olaraq qaldığını vurğulayıb.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi. 2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Bununla belə, Pxenyan və Vaşinqton dialoqu davam etdirmək barədə razılığa gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.