DÜNYA


Donald Tramp Meksika ilə sərhədi bağlamaqla hədələyib

Bakı, 18 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Qvatemala, Honduras və Salvador kimi ölkələrdən Birləşmiş Ştatlara qaçqın axını azalmasa, hərbçiləri göndərərək Meksika ilə sərhədi bağlayacağını bildirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın sözlərinə görə, bu ölkələrin liderləri çox sayda insan axınının, o cümlədən bir çox cinayətkarın Meksikanı keçərək ABŞ-a gəlməsinin qarşısını almaq üçün heç bir addım atmır. Görünür, onlar öz ölkələrinin əhalisinə nəzarət etmirlər.

“Mən bu təzyiqin dayandırılmasını Meksikadan ciddi şəkildə xahiş etməliyəm. Əgər onlar bunu etməsələr, mən ABŞ Silahlı Qüvvələrinə müraciət etməli və cənub sərhədimizi bağlamalıyam”, - ABŞ prezidenti özünün “Twitter” səhifəsində belə yazıb.

Donald Tramp, həmçinin “öz əhalisinə nəzarət etməyən” bu üç ölkəyə göstərilən yardımları dayandırmaq niyyətində olduğunu da bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.