DÜNYA


Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Donald Trampın Nyu-Yorka səfərinə dair jurnalistlər üçün telefon brifinqində açıqlayıb. O bildirib ki, Donald Tramp Vladimir Zelenski ilə energetika sahəsində, ticarətin genişləndirilməsi üzrə iki ölkənin əməkdaşlıq imkanlarını, habelə Ukrayna iqtisadiyyatının yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini müzakirə etmək niyyətindədir. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Donald Trampın Britaniyanın Baş Naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda ilə görüşü də planlaşdırılıb. ABŞ Prezidenti, həmçinin Koreya Respublikası, Misir, İraq, Salvador prezidentləri, Pakistan, Yeni Zelandiya, Sinqapur, Hindistan və Yaponiyanın Baş nazirləri ilə görüşəcək.

Sentyabrın 25-də Donald Trampın mətbuat konfransı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.