DÜNYA


Donald Tramp köməkçisi Boltonu istefaya göndərib

Bakı, 10 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu istefaya göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Amerika liderinin Twitter səhifəsində yerləşdirilib.

“Mən dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ evdə onun xidmətinə ehtiyac duyulmur. Mən administrasiyada bir çoxları kimi, onun da bir çox təklifləri ilə qətiyyən razı deyiləm. Bu səbəbdən də mən Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi”, - Tramp özünün Twitter səhifəsində belə yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.