DÜNYA


Donald Tramp narkotik maddə alverçilərinə ölüm hökmləri verilməsini istəyir

Bakı, 19 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp martın 19-da ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.

“Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə ABŞ prezidenti administrasiyası nəzdində Daxili Siyasət üzrə Şuraya rəhbərlik edən Ağ evin nümayəndəsi Endryu Bremberq “The New York Post” nəşrinə bildirib.

Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.

Donald Trampın planı, həmçinin narkotik vasitələrin zərəri barədə cəmiyyətin məlumatlandırılmasını və narkotik vasitələrdən asılılığa qarşı effektiv mübarizə aparmağa imkan yaradacaq peyvəndin hazırlanması üçün tədqiqatlara dəstək kampaniyasının işə salınmasını da ehtiva edir.

Martın əvvəllərində ABŞ Prezidenti Çində və Filippində narkotik vasitələrin ticarətinə qarşı mübarizə sistemini misal çəkərək, ölüm hökmünün ölkədə narkotiklərin yayılmasının azalmasına yardım olacağını qeyd etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.