DÜNYA


Donald Tramp onuncu dəfə baba olacaq

Bakı, 10 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın bu ilin avqustunda onuncu dəfə baba olacağı gözlənilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Trampın oğlu Erik və onun həyat yoldaşı Lara yenidən uşaq gözləyirlər.

“Lara və mən sevinclə elan edirik ki, avqust ayında ailəmizin daha bir üzvü dünyaya gələcək! Lyuk çox gözəl böyük qardaş olacaq”, - Erik Tramp özünün “Twitter” səhifəsində belə yazıb.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında cütlüyün bir oğlu olmuşdu. Buna qədər Ağ ev rəhbərinin 8 nəvəsi var idi. Onlardan 5-i prezidentin oğlu kiçik Trampın, 3-ü isə qızı İvankanın övladıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.