DÜNYA


Donald Tusk: Ukraynasız Avropa yoxdur

Kiyev, 19 fevral, AZƏRTAC

Ukraynasız Avropa yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Ali Radasında çıxışı zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk söyləyib. O qeyd edib ki, Ukraynaya xəyanət etmək istəyən, Avropanın gələcəyinə xəyanət etmiş olar. Tuskun sözlərinə görə, Avropaya inteqrasiyaya şübhə ilə yanaşan siyasətçilər, Ukraynanın ərazi bütövlüyünü şübhə altına alırlar.

“Ukrayna haqqında düşüncələrinizi deyin, Avropa haqqında düşüncələrinizi biləcəyəm”, - deyə Avropa İttifaqı Şurasının prezidenti əlavə edib.

Qeyd edək ki, D.Tusk fevralın 18-dən Ukraynada rəsmi səfərdədir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.