CƏMİYYƏT


Doqquz ay ərzində AQTİ laboratoriyalarında 1.5 milyona yaxın nümunə müayinə edilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 milyon 428 min 232 nümunə müayinə edilib. Bu, bir gündə 7 mindən çox nümunənin analizi deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.

Bildirib ki, aparılmış müayinələr zamanı nümunələrin 6 min 624 və ya 0.46 faizində uyğunsuzluq aşkarlanıb: “Ötən ilin eyni dövründə isə 1 milyon 250 min 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 min 996 və ya 2.7 faizində uyğunsuzluq aşkarlanmışdı. Sevindirici haldır ki, uyğunsuzluqların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

Q.Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib. Hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri aparılıb və ilkin nəticələr əldə olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.