CƏMİYYƏT


Doqquz ay ərzində su bioresurslarına ziyan vuran 102 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Bakı, 8 oktyabr, G.Mahmudlu, AZƏRTAC

Doqquz ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən 177 qanun pozuntusu aşkarlanıb, 102 nəfər inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Aşkar olunan qanun pozuntularına görə 100 protokol və 80 akt tərtib olunub, 80 iş cinayət xarakterli olduğuna görə hüquq mühafizə orqanlarına göndərilib.

Bu barədə AZƏRTAC-a nazirliyin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

Sektor müdiri bildirib ki, qanunu pozanlardan 45 üzmə vasitəsi, 15 asma qayıq mühərriki, 721 qanunsuz ov aləti olan tor, 2930 qarmaq, 2562 müxtəlif növ balıq, 1103 su bioresursu olan qurbağa, 47 xərçəng və 1681 krevet götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.