İQTİSADİYYAT


Doqquz ayda 200 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

Doqquz ayda 200 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə Mərkəzi Bankın 4 milyard 70 milyon manat dəyərində notları, 1 milyard 169,1 milyon manatlıq korporativ istiqrazları, 681,2 milyon manat məbləğində səhmlər, 200 milyon manat dəyərində dövlət istiqrazları dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 994,5 milyon manatlıq notları, 1 milyard 326,5 milyon manatlıq dövlət istiqrazları, 755,6 milyon manatlıq korporativ istiqrazları və 185,1 milyon manatlıq səhmlər yerləşdirilib. Doqquz ayda nominal dəyəri 745,2 milyon manat olan dövlət istiqrazları, Mərkəzi Bankın 142,3 milyon manatlıq notları, 103,1 milyon manatlıq korporativ istiqrazları və 37,9 milyon manatlıq səhmlər tədavüldə olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.