REGİONLAR


Doqquz ayda 30,3 faiz çox şəkər çuğunduru yığılıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Cari il ərzində oktyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 246,8 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib. Bundan əlavə, 984,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox kartof, 1 milyon 639,2 min ton (6,7 faiz çox) tərəvəz, 458,2 min ton (2,7 faiz çox) bostan məhsulları, 740,1 min ton (9,3 faiz çox) meyvə və giləmeyvə, 181 min ton (7,4 faiz çox) üzüm, 1013,3 ton (27 faiz çox) yaşıl çay yarpağı, 117 min ton (30,3 faiz çox) şəkər çuğunduru, 45,1 min ton (25 faiz çox) pambıq, 24,4 min ton (0,1 faiz çox) günəbaxan və 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.