İQTİSADİYYAT


Doqquz ayda 8628 kommersiya qurumu dövlət qeydiyyatından keçib

Bakı, 23 oktyabr, AZƏRTAC

2021-ci ilin yanvar-sentyabr aylarında 8628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin qurumların 82,9 faizi elektron qaydada, 17,1 faizi isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin “e-qeydiyyat”ının xüsusi çəkisi isə 92,5 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.