İQTİSADİYYAT


Doqquz ayda BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,2 milyon dollar xərcləyib

Bakı, 5 noyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,2 milyon dollar xərcləyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında məlumat verilir.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.