CƏMİYYƏT


Doqquz ayda Bakıda qanunsuz dövriyyədən 267 kiloqramdan çox narkotik vasitə çıxarılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Cari ilin doqquz ayında narkotiklərlə bağlı aşkar edilmiş 628 fakt üzrə qanunsuz dövriyyədən 267 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, hesabat dövründə 107 odlu silah, 33 qumbara, 2360 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 54 odlu silah əməliyyat yolu ilə götürülüb.

Paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2,0 faiz azalaraq 10858 iş olub. İstintaqı tamamlanmış 3422 cinayət işindən 74,6 faizi baxılması üçün məhkəmələrə göndərilib, 25,4 faizinin icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82,0 faizi ödətdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.