İQTİSADİYYAT


Doqquz ayda Bakının metallurgiya sənayesində 336,2 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 6 noyabr, AZƏRTAC 

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 336,2 milyon manatlıq məhsul istehsal olunub.

Bakı Şəhəri Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 34,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,5 faiz azalma müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 16,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 12,8 faiz, armaturun istehsalı 30,3 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 77,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.