REGİONLAR
Doqquz ayda Balakəndə aqrar sahədə məhsul istehsalı 10,7 faiz artıb
Balakən, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin 9 ayında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 191 milyon 216,3 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında rayonda 39 milyon 768,1 min manatlıq sənaye, 80 milyon 75,2 min manat dəyərində kənd və meşə təsərrüfatları, həmçinin balıqçılıq məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz, aqrar sahədə isə 10,7 faiz artıb. Doqquz ayda nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə məhsul buraxılışının ümumi həcmi isə 71 milyon 373 min manat təşkil edib.