İQTİSADİYYAT


Doqquz ayda Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi 3468 müraciətə baxıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3468 müraciət daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 2190-ı elektrik enerjisi, 415-i təbii qaz təchizatı, 863-ü isə digər məzmunlu məsələləri əhatə edib. Bunlardan 238-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Müraciətlər əsasən texniki şərtin verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 2787 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə, həmçinin Energetika Nazirliyinin “Facebook” səhifəsi vasitəsilə 80 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşa cavab göndərilib.

Xatırladaq ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrələri, (012) 598-16-55 qaynar xətti və “974” Çağrı mərkəzi”, “www.minenergy.gov.az” internet səhifəsi, “[email protected]” və “[email protected]” elektron poçt ünvanları vasitəsilə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.