İQTİSADİYYAT


Doqquz ayda Gömrük Komitəsi elektron ticarətdən 400 min manatdan çox rüsum yığıb

Qusar, 25 sentyabr, Elvin Camalov, AZƏRTAC

2018-ci ilin yanvar-sentyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min manat, 2017-ci ildə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.