İQTİSADİYYAT


Doqquz ayda İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 19 minə yaxın müraciət daxil olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı mərkəzinə 18 min 729 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, investisiya təşviqi, lisenziyalaşdırma, güzəştli kreditlərin verilməsi və qurumun fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub. Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, “195-2” Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və “195-2” Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.