REGİONLAR


Doqquz ayda Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə 24 mindən çox sərnişin daşınıb

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Ötən doqquz ayda İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 11 min 944, Bakıdan Naxçıvana isə 12 min 678 sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən dövrdə əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb. Belə ki, daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərlə maarifləndirici söhbətlər aparılıb, avtobuslar və mikroavtobuslar texniki müayinədən keçirilib. Sürücülər üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində “Tibbi müayinə otağı” yaradılıb. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqətdə saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki təkmilləşdirilib.

Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel-4G GPS monitorinq izləmə sistemindən istifadə edilib, sürücülərin həftədə bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi əhaliyə xidmət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.