REGİONLAR


Doqquz ayda Qəbələdə 5,9 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Qəbələ, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 71 milyon 485,6 min manatlıq məhsul istehsal olunub. İstehsal edilən sənaye məhsulunun 9,1 faizi dövlət, 90,9 faizi qeyri-dövlət sektorunun payına düşür. Doqquz ayda rayonda 5 milyon 912,8 min manatlıq sənaye məhsulu ixrac olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.