İQTİSADİYYAT


Doqquz ayda “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri çəkilib

Bakı, 5 noyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollardan artıq əsaslı xərclər çəkilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında məlumat verilir.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Apstrim” (6.7 faiz), “Petronas” (15,5 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.