İQTİSADİYYAT
Doqquz ayda “Şahdəniz”dən 18 milyard kubmetr təbii qaz çıxarılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Cari ilin ilk doqquz ayında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18 milyard kubmetr standart qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib.
BP-dən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin ilk üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 772 milyon dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
Hesabat dövründə “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]