REGİONLAR


Doqquz ayda Sumqayıtda məhsul buraxılışının tərkibində sənayenin xüsusi çəkisi 63,7 faiz təşkil edib

Sumqayıt, 5 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində 2018-ci ilin yanvar-sentyabr ayları ərzində məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 34,5 faiz, müqayisəli qiymətlə 20,3 faiz və ya 221413,3 min manat artaraq 1314713,0 min manat olub.

Bu barədə AZƏRTAC–a Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən məlumat verilib.

Məhsul buraxılışının tərkibində sənayenin xüsusi çəkisi 63,7 faiz təşkil edib. Məhsul həcminin 70,4 faizi iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub. Bu dövrdə məhsul buraxılışının əhalinin hər bir nəfərinə düşən həcmi 3835,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.