REGİONLAR
Doqquz ayda Yardımlıda 60 milyon manatlıq məhsul istehsal olunub
Yardımlı, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Yardımlı rayonunda istehsalın əsas sahələrində faktiki qiymətlərlə 60 milyon manatlıq məhsul buraxılıb. Bunun 973,6 min manatı sənaye sektorunun, 6 milyon manat tikinti sektorunun, 33,6 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin, 656,2 min manatı nəqliyyat və anbar təsərrüfatının, 400,3 min manatı informasiya və rabitə sahəsinin, 18,2 milyon manatı ticarət sahəsinin payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə məhsul buraxılışı sənayedə 146,2 faiz, tikinti sektorunda 56,1 faiz, kənd təsərrüfatında 102,2 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 56 faiz, informasiya və rabitə sahəsində 145,7 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 101,3 faiz təşkil edib.
Məhsulun 3,3 faizi dövlət, 96,7 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]