İQTİSADİYYAT


Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 2,5 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 27,2 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 291 vaqon yüklənib, 417 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.